İdarə Heyətinin sədri

Samir Əli Hüseyn oğlu Axundov

Axundov Samir Əli Hüseyn oğlu 8 oktyabr 1971-ci ildə Bakı şəhərində anadan olub.

1988-1993-cü illərdə Azərbaycan Texniki Universitetinin “Maşınqayırma” fakultəsini Mühəndislik ixtisası üzrə bitirib.

2004-cü ildə Azərbaycan Energetika və Layihələndirmə İnstitutunda  “Elektrik Enerjisi Sistemləri və Elektrik Şəbəkələri, Enerjinin İdarəolunması” mövzusunda müdafiə edərək Texniki Elmlər üzrə Fəlsəfə  Doktoru elmi dərəcəsini alıb.

1998-2003-cü illərdə Siemens Səhmdar Cəmiyyətinin  Azərbaycan Nümayəndəliyinin Enerjinin Istehsalı və Paylanması Şöbəsinin Rəhbəri kimi çalışıb. 2003-cü ildə Nümayəndəliyin rəhbəri, 2015-ci ildə isə həmçinin Siemens Səhmdar Cəmiyyətinin Azərbaycandakı Filialının  Baş İcraçı Direktoru təyin olunmuş, və 2018-ci ilə qədər bu vəzifələrdə çalışıb.

İş fəaliyyəti ilə yanaşı həmçinin Almaniya-Azərbaycan İqtisadi Yardım İttifaqının və sonra Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası energetika nazirinin 30 yanvar 2018-ci il tarixli əmri ilə Samir Axundov nazirliyin tabeliyində yaradılmış Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.