İqtisadi təhlil

Hal-hazırda, ölkədə elektrik enerjisi üzrə əhali üçün hansı tariflər mövcuddur?

  • Elektrik enerjisinin bir kilovat-saatının qiyməti əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün 7 qəpik səviyyəsində, aylıq istehlak həcmi 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Əhali üçün qazın qiyməti neçəyədir?

  • Azərbaycanda il ərzində əhali üzrə illik istehlak həcmi 2200 kubmetrədək olan istehlakçılara mavi yanacağın bir kubmetri 10 qəpikdən hesablanır, illik istehlak həcmi 2200 kubmetrdən çox olan abunəçilər üçün isə müəyyən olunmuş limitdən sonrakı sərfiyyat 20 qəpikdən hesablanır.