İstilik enerjisi

İstilik təchizatının yaxşılaşdırılması üçün hansı tədbirlər həyata keçirilir?

  • Qazanxana və digər istilik təsərrüfatı obyektləri, istilik istehlakçıları, o cümlədən təhsil və səhiyyə müəssisələri, yaşayış binaları, digər sosial obyektlər inventarizasiya edilərək istilik təchizatının real səviyyəsi tam araşdırılmış və araşdırmaların  nəticələri, ekspert qiymətləndirmələri, istilik təchizatı sahəsində qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınaraq Bakı şəhərində və respublikanın regionlarında  əhalinin və iqtisadiyyatın istilik təchizatının yaxşılaşdırılması üçün yeni istiqamətlər  müəyyən edilmişdir. Ötən əsrin 60-70-ci illər texnologiyalarına əsasən yaradılan və bu gün qeyri effektiv fəaliyyət göstərən mərkəzləşdirilmiş istilik mənbələrinin əhatə dairəsinin məhdudlaşdırılması və tədricən ləğv edilərək müasir avadanlıqlar quraşdırılmaqla məhəlli qazanxanaların yaradılması ilə bağlı tədbirlərinin həyata keçirilməsi; İstiliklə təmin edilməyən ərazilərin,  məhəllə və binaların müəyyənləşdirilməsi, onların istilik təchizatı üçün istilik variantlarının müəyyənləşdirilməsi, müvafiq olaraq yeni istilik təchizatı sistemlərinin qurulması prosesi davam etdirilir.

Mövcud istilik təchizatı mənbələrinin modernləşdirilməsi üçün nə kimi addımlar atılır?

  • Bu vəzifələrin icrası ilə bağlı 2005-2016-cı illərdə Bakı şəhərində və respublikanın regionlarında 172 yeni istilik mənbəyi yaradılmış, o cümlədən təhsil və səhiyyə müəssisələrinə aid olan 108 istilik mənbəyi, 109 köhnə tipli qazanxana, o cümlədən təhsil və səhiyyə müəssisələrinə aid 55 qazanxana müasir avadanlıqlar quraşdırılmaqla modernləşdirilmiş, rayon istilik qazanxanalarından qidalanan 57 istilik məntəqəsi yenidən qurularaq müasir qazanxaya çevrilmiş, 278 qazlaşdırma layihəsi icra edilmiş, 9 istilik məntəqəsi əsaslı təmir olunmuş, 1900-ə yaxın yaşayış binasının aşağı paylama istilik xətləri əsaslı təmir edilmiş, yeni tikilən, modernləşdirilən və ya modul qazanxana quraşdırılan  təhsil və səhiyyə müəssisəsinin hər birində və əlavə olaraq daha 234 təhsil və səhiyyə müəssisəsində aşağı paylama və binadaxili istilik sistemi əsaslı təmir olunaraq istilik təchizatı bərpa edilmişdir.