İstilik

Azərbaycanda istilik təchizatının yaxşılaşdırılması və icrası ilə bağlı 2005-2016-cı illərdə Bakı şəhərində və respublikanın regionlarında 172 yeni istilik mənbəyi yaradılıb. Bundan başqa, təhsil və səhiyyə müəssisələrinə aid olan 108 istilik mənbəyi, 109 köhnə tipli qazanxana, o cümlədən təhsil və səhiyyə müəssisələrinə aid 55 qazanxana müasir avadanlıqlar quraşdırılmaqla modernləşdirilib. Rayon istilik qazanxanalarından qidalanan 57 istilik məntəqəsi yenidən qurularaq müasir qazanxaya çevrilib. Azərbaycanda 278 qazlaşdırma layihəsi icra edilib, 9 istilik məntəqəsi əsaslı təmir olunub. Ölkənin 1900-ə yaxın yaşayış binasının aşağı paylama istilik xətləri əsaslı təmir edilib. Yeni tikilən, modernləşdirilən və ya modul qazanxana quraşdırılan  təhsil və səhiyyə müəssisəsinin hər birində və əlavə olaraq daha 234 təhsil və səhiyyə müəssisəsində aşağı paylama və binadaxili istilik sistemi əsaslı təmir olunaraq istilik təchizatı bərpa edilib.