Təbii qaz

Sənaye qaz qurğusunun istismarına icazə vermək üçün texniki baxış istehlakçıların təqdim etdiyi aşağıdakı sənədlər əsasında həyata keçirilir:

- qaz paylayıcısının verdiyi texniki şərt;

- Agentlik və qaz paylayıcısı ilə razılaşdırılmış qaz təchizatı layihəsi;

- tikinti-quraşdırma işlərini aparmış şəxslə istehlakçı arasında təhvil-təslim aktı;

- buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair akt;

- quraşdırılmış sənaye qaz qurğularının texniki pasportları;

- qaz sayğacının quraşdırılması aktı.

 

Qeyd: Siyahıdakı sənədlərdən əlavə sahibkarlardan heç bir sənəd tələb olunmur. Layihələrin razılaşdırılması 3 iş günü ərzində, istismara buraxılma isə 5 iş günü müddətində ödənişsiz olaraq həyata keçirilir.