AERA 2020-ci il noyabr ayı üçün vətəndaş müraciətləri və icazələrə dair nəticələri açıqladı

NOYABR 2020: İSTEHLAKÇI HÜQUQLARI VƏ VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ

Bu ilin noyabr ayında elektrik enerjisi, qaz təchizatı, istilik təchizatı və digər sahələrlə bağlı Agentliyə birbaşa və Energetika Nazirliyindən daxil olan vətəndaş müraciətlərinin sayı 379 olub;

 

Elektrik enerjisi təchizatı ilə bağlı Agentliyə 235 vətəndaş müraciəti daxil olub;

 

Təbii qaz təchizatı ilə bağlı 105 müraciət daxil olub; 

 

21 vətəndaş müraciəti istilik təchizatı ilə bağlı olub;

 

18 müraciət digər məsələləri əhatə edib;

 

379 vətəndaş müraciətinin 4-ü Energetika Nazirliyi ilə müştərək icra olunub;

 

213 müraciət hazırda baxılma prosesindədir;

 

3 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara  göndərilməklə, ümumilikdə, 129 müraciət Agentlik tərəfindən araşdırılaraq cavablandırılıb.

 

33 məlumat xarakterli müraciətdən 18-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

 

 NOYABR 2020: ELEKTRİK ENERJİSİ TƏCHİZATI VƏ QAZ TƏCHİZATI

2020-ci ilin noyabr ayı ərzində yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 26 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib.

 

Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 22 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb;

 

Aşkar olunmuş çatışmazlıq səbəbindən 5 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

 

Noyabrda “Azərenerji” və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 10 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib;

Noyabr ayında 81 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib;

 

Layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 409 olub;

 

Aşkar olunmuş çatışmazlıq səbəbindən 4 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

 

Qazpaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan 2 qeyri-qanuni qoşulma faktı aşkar edilib;

 

Agentlik tərəfindən noyabr ayında 5 inzibati xəta haqqında protokol tərtib edilib;

 

NOYABR 2020: PEŞƏ BİLİKLƏRİNİN YOXLANILMASI

Agentliyə müraciət edən 7 müəssisədə elektrik təsərrüfatına cavabdeh 22 şəxsin və təhlükəsizlik texnikası üzrə mühəndisin əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılıb, biliklərin artırılması üçün ödənişsiz təkliflər verilib, metodiki yardım göstərilib.

 

NOYABR 2020: TEXNİKİ ŞURALAR

Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Texniki Şuralara 182 müraciət daxil olub. Bu müraciətlərdən 181-i müsbət həll edilib, 1 müraciət isə təqdim edilmiş sənədlərdə uyğunsuzluqlar səbəbindən baxılmamış saxlanılıb.

 

Müraciətlərə Bakıda və regonlarda yerləşən 16 “ASAN xidmət" və “ASAN Kommunal” mərkəzində və Xaçmaz KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.