AERA yanvar ayı üzrə vətəndaş müraciətlərinə, istismara buraxılış aktı və icazələrə, layihə razılaşdırılmasına və Texniki Şuralara dair nəticələri açıqlayıb

İSTEHLAKÇI HÜQUQLARI VƏ VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ

2022-ci il yanvar ayı üzrə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi,təbii qazla təchizatı və digər məsələlərlə bağlı Agentliyə bilavasitə və Energetika Nazirliyindən 565 müraciət daxil olub. 

Bunlardan:

Elektrik enerjisi təchizatı ilə bağlı 43 məlumat üçün olmaqla cəmi 443 müraciət;

Təbii qaz təchizatı ilə bağlı 8-i məlumat üçün olmaqlacəmi 94 müraciət;

İstilik təchizatı ilə bağlı cəmi 7 müraciət;

21 müraciət isə digər məsələlərlə bağlı olub.

565 müraciətdən:

201 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (9 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib);

4 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub; 

309 müraciət hazırda baxılma prosesindədir;

51 məlumat xarakterli müraciətdən 21-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

ELEKTRİK ENERJİSİ TƏCHİZATI VƏ QAZ TƏCHİZATI

Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerji təchizat sxemini dəyişən 5 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib;

Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 10 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb;

Aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 9 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

45 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib;

Qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 316 olub;

Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 22 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 9 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib;

Agentlik tərəfindən 3 inzibati xəta haqqında işə baxılıb və 1 ədəd tənbeh vermə haqqında qərar çıxarılıb.

BÜDCƏDƏN MALİYYƏLƏŞƏN MÜƏSSİSƏLƏRDƏ TEXNİKİ YOXLAMALAR

Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 69 texniki yoxlama aparılıb;

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 54 texniki yoxlama aparılıb.

PEŞƏ BİLİKLƏRİNİN YOXLANILMASI

Agentlik tərəfindən hesabat dövrü ərzində 7 müəssisədə  36 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.

TEXNİKİ ŞURALAR

15 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 247 müraciət daxil olub. Bütün müraciətlər araşdırılıb və cavablandırılıb.