AERA 2022-ci ilin fevral ayı üzrə əsas fəaliyyət istiqamətlərinə dair nəticələri açıqlayıb

İSTEHLAKÇI HÜQUQLARI VƏ VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ

2022-ci il fevral ayı üzrə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi,təbii qazla təchizatı və digər məsələlərlə bağlı Agentliyə bilavasitə və Energetika Nazirliyindən 502 müraciət daxil olub.

Bunlardan:

Elektrik enerjisi təchizatı ilə bağlı 34-ü məlumat üçün olmaqla cəmi 399 müraciət;

Təbii qaz təchizatı ilə bağlı 4-üməlumat üçün olmaqla cəmi 73 müraciət;

İstilik təchizatı ilə bağlı 1-i məlumat üçün olmaqla cəmi 18 müraciət;

12 müraciət isə digər məsələlərlə bağlı olub.

502 müraciətdən:

194 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (Onlardan 7 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib);

4 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub; 

265 müraciət hazırda baxılma prosesindədir;

39 məlumat xarakterli müraciətdən 17-si qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

ELEKTRİK ENERJİSİ TƏCHİZATI VƏ QAZ TƏCHİZATI

23 tikinti obyektinin enerji təchizat layihəsinin ekspertizası keçirilib və qeydiyyata alınıb;

Enerji təchizat layihəsinin ekspertizası nəticəsində aşkar olunmuş çatışmazlıq səbəbindən 5 enerji təchizat layihəsinin qeydiyyata alınmasından imtina edilib;

Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 20 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib;

300 tikinti obyektinin qaz təchizatı layihəsinin ekspertizası keçirilib və qeydiyyata alınıb;  

Qaz təchizat layihəsinin ekspertizası nəticəsində aşkar olunmuş çatışmazlıq səbəbindən 18 qaz təchizat layihəsinin qeydiyyata alınmasından imtina edilib;

56 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib;

“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 4 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib;

Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 8 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.

BÜDCƏDƏN MALİYYƏLƏŞƏN MÜƏSSİSƏLƏRDƏ KEÇİRİLƏN NƏZARƏT TƏDBİRLƏRİ

Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 71 nəzarət tədbiri keçirilib;

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 51 nəzarət tədbiri keçirilib.

PEŞƏ BİLİKLƏRİNİN YOXLANILMASI

Agentlik tərəfindən hesabat dövrü ərzində 21 müəssisədə 56 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.

TEXNİKİ ŞURALAR

15 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 247 müraciət qəbul edilərək icra edilib.