İstehlakçıların qaz qurğularının və qaz xətlərinin müayinəsi, onlara texniki xidmətin və nəzarətin təkmilləşdirilməsi məqsədilə mövcud qanunvericilikdə dəyişikliklər edilib

İstehlakçıların qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi, texniki xidmətin keçirilməsi, habelə bu sahədə dövlət nəzarətinin həyata keçirilməsinin təkmilləşdirilməsi məqsədilə

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda,

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində,

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nda,

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”ndə,

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında

müvafiq dəyişikliklər edilib.

Qeyd olunan normativ hüquqi aktlar 2022-ci ilin may ayının 1-dən qüvvəyə minir.