AERA-da vətəndaş qəbulu keçirilib

İyunun 29-da Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov vətəndaşı qəbulu edib. AERA-nın müvafiq struktur bölmə rəhbərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşın elektrik enerjisi ilə bağlı müraciəti dinlənilib və araşdırılması üçün nəzarətə götürülüb.

Qeyd edək ki, AERA-nın İdarə Heyətinin sədri tərəfindən vətəndaşların qəbulu hər həftənin çərşənbə günü həyata keçirilir.