AERA-nın İdarə Heyətinin sədri ADA Universitetinin “Bakı Yay Enerji Məktəbi” proqramında çıxış edib

Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov bu gün ADA Universitetinin təşkilatçılığı ilə “16-cı Bakı Yay Enerji Məktəbi” layihəsi çərçivəsində keçirilən proqramda spiker qismində çıxış edib. Samir Axundov çıxış zamanı Azərbaycanın enerji sektorunda uğurla həyata keçirilən islahatların önəmini vurğulayaraq elektrik enerjisi və kommunal xidmətlər sahəsinin mövcud durumu, elektrik enerjisi bazarının quruluşu, hədəf modeli, eləcə də kommunal xidmətlər üzrə tənzimləmə məsələləri ilə bağlı önəmli məqamları və dünya təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb. S.Axundov, həmçinin enerji tənzimləməsi sahəsində AERA-nın fəaliyyəti haqqında məlumat verib.

Tədbir sual-cavab sessiyası ilə davam etdirilib.