AERA və “Azəriqaz” arasında növbəti görüş keçirilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və “Azəriqaz” İstehsalat Birliyi arasında hər iki qurumun səlahiyyətli nümayəndələrinin iştirakı ilə növbəti görüş keçirilib. Görüşdə istehlakçı hüquqlarının qorunması, istehlakçı məmnuniyyətinin təmin edilməsi, həmçinin sahibkarların maraqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı müzakirələr aparılıb. Bununla yanaşı, inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması məqsədilə “Azəriqaz” İB və onun yerli struktur bölmələri tərəfindənAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məlumatların təqdim edilməsi, eləcə də qaz təchizatı sahəsində mövcud qanunvericilik aktlarına edilmiş dəyişikliklər də müzakirə edilən mövzular sırasında olub.