2020-ci ilin ilk 6 ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən Texniki Şuralara daxil olan 886 müraciətə baxılıb

2020-ci ilin I yarısında 1 saylı “ASAN Kommunal”, 2 saylı “ASAN Kommunal”, Sumqayıt "ASAN xidmət", Gəncə "ASAN xidmət", Sabirabad "ASAN xidmət", İmişli "ASAN xidmət", Masallı "ASAN xidmət", Quba "ASAN xidmət", Bərdə "ASAN xidmət", Mingəçevir "ASAN xidmət", Qəbələ "ASAN xidmət" və Şəki "ASAN xidmət"  mərkəzlərində fəaliyyət  göstərən Texniki Şuralara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli 180 nömrəli “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə Qərarına uyğun olaraq ümumilikdə 886 müraciət daxil olub, həmin müraciətlərdən 885 müraciət qəbul olunub və icra edilib, 1 müraciət isə təqdim olunmuş sənədlərdə uyğunsuzluqlar səbəbindən baxılmamış saxlanılıb. Sifarişçilər tərəfindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə edilmiş müraciətlərlə bağlı yaranmış şikayətlərə Agentlik tərəfindən baxılıb, müvafiq qaydada həll edilərək sahibkarların məmnunluğu təmin edilib.  

 

2020-ci ilin II rübü ərzində 1 saylı “ASAN Kommunal”, 2 saylı “ASAN Kommunal”, Sumqayıt "ASAN xidmət", Gəncə "ASAN xidmət", Sabirabad "ASAN xidmət", İmişli "ASAN xidmət", Masallı "ASAN xidmət", Quba "ASAN xidmət", Bərdə "ASAN xidmət", Mingəçevir "ASAN xidmət", Qəbələ "ASAN xidmət" və Şəki "ASAN xidmət"  mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli 180 nömrəli “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə Qərarına uyğun olaraq ümumilikdə 367 müraciət daxil olub, həmin müraciətlərin hamısı qəbul olunub və icra edilib. Sifarişçilər tərəfindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə edilmiş müraciətlərlə bağlı yaranmış şikayətlərə Agentlik tərəfindən baxılıb, müvafiq qaydada həll edilərək sahibkarların məmnunluğu təmin edilib.