Enerji Məsələlərini Tənzimləmə Agentliyi telefon rabitəsi ilə vətəndaş qəbulu keçirib

Bu gün Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov birbaşa telefon rabitəsi ilə vətəndaş qəbulu keçirib. Telefon söhbəti zamanı vətəndaşın müraciəti dinlənilib və qanunvericiliyin tələblərinə uyğun olaraq məsələyə baxılması vətəndaşın diqqətinə çatdırılıb. 

Qeyd edək ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2020-ci il tarixli 189 və 190 nömrəli qərarlarına uyğun olaraq, Enerji Məsələlərini Tənzimləmə Agentliyində vətəndaşların qrup və fərdi şəkildə qəbulları və ya yerlərdə vətəndaşların səyyar qəbulları keçirilmir. Bununla əlaqədar, müraciətlərin fasiləsiz qəbulu müvəqqəti olaraq onlayn rejimdə videokonfrans və telefon rabitəsi vasitəsilə həyata keçirilir.