Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri telefon vasitəsilə vətəndaş qəbulu keçirib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi vətəndaş qəbullarını Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən dövlət tədbirləri çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və qaydalara uyğun olaraq yerinə yetirir.

Avqustun 5-də Agentliyin İdarə Heyətinin sədri Samir Axundov telefon vasitəsilə növbəti vətəndaş qəbulu keçirib. Əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşla söhbət zamanı vətəndaşın müraciəti dinlənilib, sualları cavablandırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq məsələyə baxılması vətəndaşın diqqətinə çatdırılıb.

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) pandemiyasının yayılması ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2020-ci il tarixli 189 və 190 nömrəli qərarlarına uyğun olaraq, Enerji Məsələlərini Tənzimləmə Agentliyində vətəndaşların qrup və fərdi şəkildə qəbulları və ya yerlərdə vətəndaşların səyyar qəbulları keçirilmir. Bununla əlaqədar, müraciətlərin fasiləsiz qəbulu müvəqqəti olaraq onlayn rejimdə videokonfrans və telefon rabitəsi vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, (012) 598-16-53/54/55 nömrəli telefonlara zəng etməklə və ya office@regulator.gov.az elektron poçt ünvanına yazmaqla onlayn rejimdə qəbula yazılmaq olar. Qəbul ilə bağlı daha ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz: http://www.aera.gov.az/az/public/reception

Müraciət zamanı vətəndaş özü haqqında məlumat, əlaqə üçün telefon nömrəsi verməli və hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməlidir. Onlayn rejimdə qəbul növbəlilik əsasında, vətəndaşlara Agentlikdən zəng edilməklə aparılır.